RİFAİ ƏHMƏD İBN ƏLİ

bax: RİFAİLƏR.
RİDDƏT
RİFAİLƏR
OBASTAN VİKİ
Əli ibn Əhməd
Əli ibn Əhməd (ərəb. علي بن أحمد‎) — təqribən 943–949-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Şüeybdən sonra hakimiyyətə gəldiyi, 943-cü ildən təxminən 949-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta Şüeybin oğlu Əbdüləziz keçmişdir. Əli ibn Əhmədin Bizansın 949-cu ildə Kritə qarşı genişmiqyaslı dəniz ekspedisiyası zamanı hakimiyyətdə olduğu güman edilir. Hər halda, bizanslıların hücumu saratinlər tərəfindən dəf edilmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲".
Buxtnassar Əli ibn Əhməd
Buxtnassar Əli ibn Əhməd – Şirvanşahlar dövlətinin on dördüncü hökmdarı, Şirvanşah Əbu Mənsur ibn Yezidin qardaşı oğlu. == Fəaliyyəti == Şirvanşah Qubadın öldüyü ilk gündən hakimiyyətə onun qardaşı oğlu Buxtnəssar Əli ibn Əhməd ibn Yəzid ibn Əhməd ibn Məhəmməd ibn Yəzid keçdi. Təqribən bir ildən sonra o, hakimiyyətdən salındı və onun əmisi Salar ibn Yezid Şirvanşah elan olundu. Şamaxı qalası təslim olunduqdan sonra Buxtnassar Şirvandan qaçdı, lakin Saların onun dalınca saldığı dəstə Beyləqan yaxınlığında onu yaxalayıb öldürdü. == Ailəsi == Atası Əhməd ibn Yezid. Şahzadə, Yəzid ibn Əhmədin oğlu. Əmisi Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü. Əmisi Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034) Əmioğlusu Hörmüzd.
Taleb Rifai
Taleb Rifai (d. 1949, İordaniya) — Ümumdünya Turizm Təşkilatının baş katibi (2010-cu ildən). Taleb Rifai 1949-cu ildə İordaniyada anadan olmuşdur. Ailəlidir. 5 övladı var.
Maymun ibn Əhməd
I Maymun - Dərbənd Haşimiləri sülaləsindən olan altıncı müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə səkkizincidir. Atasının ölümündən sonra əmir olmuşdu. Taxta çıxanda 20 yaşı vardı. Hakimiyyəti zəif idi, bütün güc rəislərin əlində toplanmışdı. Buna görə 987-ci ildə rusları Dərbəndə köməyə çağıran əmir, onların köməyi ilə əsirlikdən azad oldu. 989-cu ildə Gilanlı bir dərviş olan Musa ət-Tutzi Dərbəndə gəldi və öz dini ideyalarını yaymağa başladı. Əmir Maymun belə şərab içməyə tövbə etmişdi. Dərviş gedərək güclənirdi. Bir gün dərviş əmirdən öz rus qulamlarına islamı qəbul etdirməsini yaxud öldürülmələrini tələb etdi, əmir imtina etdikdən sonra dərviş xalqı 990-cı ildə üsyana qaldırdı, əmir qalaya sığınmağa məcbur oldu.
Məhəmməd ibn Əhməd
Məhəmməd ibn Əhməd – Şirvanşahlar dövlətinin doqquzuncu hökmdarı, Şirvanşah Əhməd ibn II Məhəmmədin oğlu. Şirvanşah Əhmədin ölümündən sonra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371 (981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül- Bərr Ənbəsədən tutub aldı. Təqribən h.372 (982)-ci ildə isə Bərdəni tabe edib Musa ibn Əlini özünün canişini təyin etdi. Məhəmməd öz şəhərlərini də möhkəmləndirirdi. Belə ki, h.373 (983)-cü ildə o, Şabranın, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa etdirdi. Şirvanın ən zəngin və qədim şəhər mərkəzlərindən olan Şabran qonşu feodalların diqqətini cəlb edirdi. Onlar aramsız olaraq şəhərə basqınlar edir, onu çapıb talayırdılar. Şəbəran qədim zamanlardan Şirvanın paytaxtı olmuşdu.
Xəlil ibn Əhməd
Xəlil ibn Əhməd (ərəb. أبو عبد الرحمن الخليل بن أحمد الفراهيدي‎; 718, Bəsrə – 1 noyabr 790, Bəsrə) — VIII əsrin məşhur ərəb filoloqu və musiqişünası Bəsrə məktəbinin nümayəndəsidir. Əl-Bəsri təxəllüsü ilə də tanınmışdır. Əruz nəzəriyyəsinin ("əl-Əruz" risaləsi və s.) yaradıcılarındandır. "Kitab ül-eyn" adlı ilk ərəb dili izahlı lüğətini tərtib etmişdir. Sibaveyhi onun rəhbərliyi ilə ərəb dilinin "əl-Kitab" adlı ilk normativ qrammatikasını yaratmışdır. Musiqi nəzəriyyəsinə dair əsərləri də ("əl-nəğam" və s.) var. X. İ. Əhmədin müəyyən etdiyi əruz qəliblərində bölgüləri təfilələr (ərəbcə "fə’ələ" feilindən yaranmış müxtəlif ifadələr), uzun və qısa hecaların yerini isə təfilələrdəki uzun və qısa hecalar müəyyən edir. X. İ. Əhmədin əruz nəzəriyyəsinin ən kiçik anlayışından (vahidindən) ən böyük anlayışına qədər olan inkişafını sxem şəklində aşağıdakı kimi təsvir etmək olar: Müxtəlif kombinasiyaları nəticəsində 6 rükn yaranır: ↓ Müxtəlif kombinasiyaları nəticəsində 8 əsli təfilə yaranır: ↓ Müxtəlif dəyişmələr – zihaflar nəticəsində 60-dan çox törəmə təfilə yaranır: ↓ Müxtəlif kombinasiyaları nəticəsində qəliblər yaranır: ↓ Yarandığı əsli təfilələrdən asılı olaraq 16 bəhrdə (16-cı bəhr — Mütədarik alimin davamçıları tərəfindən yaradılmışdır) qruplaşdırılır: ↓ Ritmik yaxınlıqlarına görə 5 dairədə qruplaşdırılır: ↓ Sxemdən göründüyü kimi X. İ. Əhmədin nəzəriyyəsində ən kiçik vahid (ünsür) ritmik yox, qrafiki xarakter daşıyır. Ən kiçik ritmik vahidlər isə 6 rükndən ibarət qəbul olunmuşdur.
Yezid ibn Əhməd
Yəzid ibn Əhməd (Şamaxı – noyabr 1027, Şamaxı) – Şirvanşahlar dövlətinin onuncu hökmdarı, Əhməd ibn II Məhəmmədin oğlu, Kəsranilər sülaləsinin əsasını qoymuş Şirvanşah Mənuçöhr ibn Yəzidin atası. Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yəzid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin dəyişilməsindən istifadə edən əmir Məymun II dəfə Dərbəndi tutaraq, cəmi bir il beş ay əvvəl, Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yəzidin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər) arasında şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları Ədb ül-Əziz və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı. H.389 (999)-cu ildə Şirvanşah Yəzid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd əmiri Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi.
Yəzid ibn Əhməd
Yəzid ibn Əhməd (Şamaxı – noyabr 1027, Şamaxı) – Şirvanşahlar dövlətinin onuncu hökmdarı, Əhməd ibn II Məhəmmədin oğlu, Kəsranilər sülaləsinin əsasını qoymuş Şirvanşah Mənuçöhr ibn Yəzidin atası. Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yəzid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin dəyişilməsindən istifadə edən əmir Məymun II dəfə Dərbəndi tutaraq, cəmi bir il beş ay əvvəl, Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yəzidin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər) arasında şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları Ədb ül-Əziz və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı. H.389 (999)-cu ildə Şirvanşah Yəzid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd əmiri Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi.
Şüeyb ibn Əhməd
Şüeyb ibn Əhməd (ərəb. شعيب بن أحمد‎) — təqribən 940–943-cü illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun atası Əhməd ibn Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 940-cı ildən 943-c3 ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Əli ibn Əhməd keçmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Əhməd ibn Fədlan
Əhməb ibn Fadlan (təq. 879, bilinmir və ya Bağdad – təq. 960) — Ərəb çoğrafiyaçısı. 921-923-cü illərdə xəlifə əl-Müqtədir (908-932-ci illər) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdadan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. "Risalə" əsəri səfirin Volqa - Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir. Əhməd ibn Fədlan 922-ci ildə о, Vоlqanın sоl sahilinə yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir. Ch. M. Fraehn. Die ältesten arabischen Nachrichten über die Wolga-Bulgaren aus Ibn-Foszlan’s Reiseberichte.
Əhməd ibn Hənbəl
Əhməd bin Məhəmməd bin Hənbəl Əbu Abdullah əl-Şeybani (ərəb. احمد بن محمد بن حنبل ابو عبد الله الشيباني‎‎; 780-857) — İslam alimi, fəqih. Əbu Abdullah Əhməd b. Məhəmməd b. Hənbəl əş-Şaybani əl-Mərvəzi 780-ci ildə Bağdadda doğulmuşdur. Əsli ərəb olub, Şeyban qəbiləsinə mənsubdur və soyu Nizar qəbiləsində Peyğəmbərin (s.a.s) soyu ilə birləşməktədir. İlk təhsilini Bağdatda aldıqdan sonra dini elmlərə yönələn İmam Əhməd İslamı bütün yönləri ilə yaşamaq istədi. Bu arzu onu peyğəmbər (s.a.s) hədisləri ilə məşğul olmağa təşviq etdi. Daha kiçik yaşlarında Quranı-Kərimi əzbərləmişdi. Bəsrə, Hicaz, Kufə, Yəmən kimi elm mərkəzlərinə bir çox səyahətlər etmiş, buralarda olan üləma və mühədisslərlə görüşmüş, raviləri tapmış və onlardan hədis götürmüşdür.
Əhməd ibn Məcid
Əhməd ibn Məcid (tam adı:Əhməd ibn Məcid ibn Muhammed ibn Amr, ləqəbi Şihabuddin) Məşhur coğrafiyaşünas, naviqator, kartoqraf və dəniz səyyahı Əhməd ibn Məcid 1421-ci ildə indiki Omanın Julfan şəhərində anadan olub. 1501-ci ildə vəfat etmişdir. O, xəritəçiliyi ilə geniş şöhrət qazanmışdır. İbn Məcid, Vasko da Qamaya Hindistan səfərində yol göstərmiş, kompası Avropaya tanıdan islam alimləri arasında yer tutmuşdur. Əhməd ibn Məcidin ən böyük uğurlarından biri də məşhur dəniz səyyahı, Hindistana dənizdən yol axtaran Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları sağ-salamat mənzilbaşına çatdırması oldu. Əhməd ibn Məcid dənizçilik elmi, gəmilərin hərəkəti, onların dəniz marşrutları, Hindistan və Şərqi Avropa sahillərinə çatması yolları barədə bu gün belə əhəmiyyətini itirməyən əsərlər yazıb. Onun yazdığı və dənizçiliyə həsr edilən elmi əsərləri arasında okeanoqrafiyaya həsr edilən məşhur gəmilərin hərəkət və onların idarəedilmə prinsipləri (Fava'dh fi-usl İlm əl -Bahrva-əl-Qavaidah) kitabı var. Bu kitab təxminən 300 il ərzində Avropa coğrafiyaşünasları üçün dərslik rolunu oynadı. Bundan əlavə, məşhur dəniz səyyahı "Kitab-əl Favaid" (Dənizçilik fondu və gəmiçilik) adlı məşhur elmi əsərini yazıb. Bu əsərdə dənizçilik elmi, onun inkişaf etdirilməsi, dənizdə istiqamətlərin müəyyən olunması, naviqasiyanın əsas prinsipləri, dəniz sahilləri arasındakı fərqlər, Şərqi Afrika və İndoneziyanın dəniz limanları, ulduzların vəziyyətinə görə istiqamətin müəyyən edilməsi, mussonların, mövsümü, küləklərin başlama vaxtı, dənizdəki təhlükəli yerlər və onlardan qorunma yolları barədə ensiklopedik məlumatlar verilib.
Əhməd ibn Məzyəd
Əhməd ibn Məzyəd — Yezid ibn Məzyədin qardaşı, qardaşından sonra müəyyən bir dövrdə Ərməniyyə hakimi olmuşdur. Əsəd ibn Yezidin 811/812-ci illərdə öz postundan qovulmasından sonra Əhməd, Hicri 196-cı ildə Abdullah ibn Hümeydlə birlikdə xəlifə Əminə üsyan etmiş Məmuna qarşı 20.000 əsgərlə getmiş, lakin müvəffəqiyyətsiz olmuşdu.
Əhməd ibn Tulun
Əhməd ibn Tulun (20 sentyabr 835, Bağdad – 14 may 884) — Misirdə 868-ci illə 884-cü illər arasında hökm sürmüş Tulunilər dövlətinin qurucusu türk əsilli dövlət adamıdır. Eyni zamanda Tulunoğlu Əhməd kimi də tanınır. Əhməd ibn Tulun 835-ci ildə Bağdad şəhərində dünyaya gəlmişdi. Atası Tulun, Buxara valisinin Abbasi xəlifəsi Əl-Məmuna göndərdiyi qulamlardan biriydi. 868-ci ildə Bayık bəy tərəfindən vali olaraq Misirə göndərildi. Əhməd ibn Tulun iqtisadi cəhətdən apardığı reformalar, düzənləmələr ilə Misir tarixində yer almışdır. Bu dövrdə Fələstin, Benqazi, Suriya, Antakiya və Mərsin alınmışdır. Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. İbn Khallikan's biographical dictionary. Translated from the Arabic by Baron William Mac Guckin de Slane, member of the council of the asiatic society of Paris, corresponding member of the academy of sciences of Turin, etc.
Əhməd ibn Ömər
Əhməd ibn Ömər ibn Şüeyb (ərəb. أحمد بن عمر بن شعيب‎) — təqribən 925–940-cı illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq üçüncü əmir Əbu Abdullah Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı oğlu Əli ibn Yusif ibn Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 925-ci ildən 940-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Şüeyb ibn Əhməd keçmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Əhməd ibn Əbdülmalik
I Əhməd - Dərbənd Haşimiləri sülaləsindən olan beşinci müstəqil Dərbənd əmiridir. Atasının vaxtsız ölümündən sonra əmir olmuşdu. Atasının basdırılmasından 3 gün sonra əmir elan olunmuşdu. Hələ 3 yaşı var idi. Taxta çıxmasından 5 ay sonra əmirlər üsyan edərək Şirvanşah şahzadəsi, Heysəmi əmir elan etdilər. Daha sonra əmirlər onu da devirərək, Əhmədi 941-ci ildə, 6 yaşında yenidən əmir elan etdilər. Elə 6 ay sonra, dekabrda Əhməd bir daha devrildi. Şahzadə Heysəm bir daha əmir elan olundu. 954-cü ilin martında Əhməd bir daha əmir elan olundu. 968-ci ildə Salari İbrahimlə müttəfiqlikdən qaçan əmir Salari ordusunu geri oturtdu.
Əhməd ibn Əyyub
Əhməd ibn Əyyub əl Hafiz - XIII-XIV əsrlərdə görkəmli Azərbaycan memarı. Əhməd ibn Əyyub əl Hafiz Naxçıvanın memarlıq məktəbi üslubunda abidə və tikililər yaradaraq, Naxçıvanın memarlığının inkişafında mühüm rol oynamışdır. Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) memarı Əhməd ibn Əyyub əl Hafiz hesab edilir. Манучаров Е. И., Салам-заде А. В., Султанов И. Г., "Архитектура мавзолеев г. Барды, в сборнике: Архитектура Азербайджана. Эпоха Низами" Bakı, 1947.
Cəfər ibn Əli
Cəfər ibn Əli ibn Əbu Talib (ərəb. جَعْفَر ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — Əli və Ümmül-Banunun oğlu idi. Onu atası Əli qardaşı Cəfər ibn Əbu Talibin şərəfinə adlandırmışdır. Gənc Cəfər Kərbəla döyüşündə Hüseynin səhabələrindən biri olub, Aşura günü qardaşları Abbas, Abdulla və Osman ilə birlikdə şəhid olmuşdur.
Hilal ibn Əli
Məhəmməd əl-Avsat (ərəb. محمد الاوسط‎, ortancıl Məhəmməd) kimi tanınan Hilal ibn Əli (ərəb. هلال بن علي‎) Əli ibn Əbu Talibin oğullarından biri. Onun nənəsi Məhəmmədin ən böyük qızı Zeynəb bint Məhəmməd və dayısı isə Əli ibn Zeynəb idi .Onun məqbərəsi İranın İsfahan əyalətinin Kaşan şəhərində (Aran) qurulmuşdur. Anası Məhəmmədvə Xədicə binti Xüveylidin qızı Zeynəb binti Məhəmmədin qızı Ümamə binti Zeynəbdir.O,Ramazan ayının 1-i 14-cü hicri ilində (18 oktyabr,635-ci il) anadan olub. Kərbəla döyüşündəki onun rolundan başqa onun həyatı haqqında heç bir məlumat yoxdur. Suriyada ya da müasir Səudiyyə Ərəbistanı olan Taifdə yaşayan Ovn adlı bir qardaşı var idi. Xorasan qubernatoru Qays ibn Murra hakimiyyətinə qarşı qiyamdan qorxaraq Hilal tərəfdarlarına qarşı güclü bir ordu göndərdi. Hilal yaralandı və bir çox tərəfdarları öldürüldü. Peyğəmbər, onun atası Əli və onun yarı qardaşı Hüseyn ibn Əliylə görüşmək arzusunu ölümündən qısa bir müddət əvvəl yazdığı deyilir.
Hüseyn ibn Əli
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.
Həsən ibn Əli
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Möhsin ibn Əli
Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə – 632, Mədinə) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi. Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi. Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Möhsün ibn Əli
Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə – 632, Mədinə) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi. Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi. Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Osman ibn Əli
Osman ibn Əli (ərəb. عثمان بن علی‎) — Əli ibn Əbu Talib və Ümmül-Banunun oğlu olmuşdur. O, şəhid olduğu Kərbəla döyüşündə vuruşmuşdur. Osman fədakarlığına görə müsəlmanlar tərəfindən böyük hörmətlə qarşılanır. Bəzi mənbələrə görə Osman şəhid olanda 21 yaşında idi və övladı yox idi. Osman və qardaşları Abbas, Abdullah və Cəfər Hüseyn ibn Əlini Məkkədən Kufəyə səfərində müşayiət etmiş və Kərbəla döyüşündə şəhid olmuşlar. Onların məzarları Hüseyn ibn Əlinin hərəmindəki Kərbəla şəhidlərinin kollektiv məzarının məqbərəsindədir. O, Əli və Fatimə binti Hizamın övladıdır. Osman evlənməmiş və övladı da olmamışdır. Şiə rəvayətinə görə Əli Əbu Talib oğluna Osman ibn Mazun adını vermişdir.
Zeyd ibn Əli
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.